Bu İŞİD videosu saxta çıxdı

Bu İŞİD videosu saxta çıxdı
12:41 23 Fevral 2015
60 Dünya
Ölkə mətbuatı
A- A+

Hollivud İŞİD-in narıncı geyindirilmiş Misir xristinalarını kütləvi qətl etməsi ilə bağlı yayılmış videonun montaj olduğunu ortaya çıxarıb.

ANS PRESS-in məlumatına görə, bunu "Ev heyvanlarının qətli" dəhşət filminin rejissoru Meri Lambert aşkar edib.

Dünyanı şoka salan videoda İŞİD yaraqlılarının Aralıq dənizi sahilində 21 qibti balıqçını edam edilməsi təsvir edilib. Lambertin sözlərinə görə, qətl səhnəsinin çəkilişi studiyada aparılıb. Çəkiliş "yaşıl ekran"ın istifadəsi ilə gerçəkləşdirilib. Sahil mənzərəsi daha sonra əlavə edilib və çəkilişlər Liviyadakı Sirt körfəzində aparılıb.

“Aralıq dənizini qandan qızarmış Qırmızı dənizə çevirmək dəhşətli effektdir, amma gerçəklikdə 21 nəfərin qanı bunun üçün yetərli deyil, çünki qan havada rəngini dəyişir”,- deyə Lambert vurğulayır.

Meri Lambertin sözlərinə görə, çəkilişlərdə qurban rolunu cəmi 6 nəfər aktyor oynayıb. “Animasiya və “rotoskopinq”dən istifadə edilib: altı fiqur ştamp kimi növbəti kadrlarda təkrar edilir”,- deyə Lambert vurğulayır.






Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=327683

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR