Yanacaqdoldurma məntəqəsinə basqın

Yanacaqdoldurma məntəqəsinə basqın
12:41 23 Fevral 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

Astara rayonunda ağır qətl hadisəsi törədilib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb.

Hələki şəxsiyyəti istintaqa məlum olmayan şəxs və ya şəxslər tərəfindən məntəqədə operator işləyən Ərçivan qəsəbə sakini, 52 yaşlı İltifat Quliyev çoxsaylı bıçaq zərbələrilə qətlə yetirilib.

Hadisə yerinə rayonun huquq muhafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda qətl hadisəsini törədən şəxsin yaxalanması isdiqamətində əməliyyat-axdarışları davam etdirilsə də, saxlanılan yoxdur.

Faktla bağlı Astara rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Mənbə
ANS PRESS, Esmira İsmayılova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=327684

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR