Qəbələ və Şəmkirdə zəlzələ olub

12:42 23 Fevral 2015
269 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 12:37 ]

Bakı. Könül Kamilqızı – APA. Bu gün Şəmkir və Qəbələdə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, Qəbələdə zəlzələ saat 11:57-də Qəbələdən 20 km şimal-şərqdə qeydə alınıb.

 

Yeraltı təkanın maqnitudası 3.3, dərinliyi 14 km olub. Zəlzələ hiss olunmayıb.

 

Şəmkirdə isə zəlzələ saat 12:04-də Şəmkir rayonu ərazisində Gəncədən 31 km şimali-qərbdə qeydə alınıb.

 

Yeraltı təkanın maqnitudası 4.3, dərinliyi 9 km olub. Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR