Cəbrayıl rayonunun 12 mindən çox sakini tibbi müayinədən keçirilib

Cəbrayıl rayonunun 12 mindən çox sakini tibbi müayinədən keçirilib
12:43 23 Fevral 2015
166 Ölkə
Ölkə mətbuatı
A- A+


Biləsuvar, 23 fevral, AzərTAc
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi aksiyası Biləsuvar rayonunun ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə uğurla davam edir.
AzərTAc xəbər verir ki, aksiya çərçivəsində rayon üzrə 76 min nəfərin, o cümlədən 11 qəsəbədə 18385 nəfərin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsi üçün rayon mərkəzi xəstəxanası ilə yanaşı, 50 çarpayılıq sahə xəstəxanası, 6 feldser-mama, 4 həkim və 6 tibb məntəqəsində hər cür şərait yaradılıb. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən fevralın 2-dən bu günə kimi rayon üzrə 12560 nəfər tibbi müayinədən keçirilib. Müayinələr zamanı xəstəlik aşkar olunan sakinlər ambulator və stasionar müalicəyə cəlb olunur, yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələr isə Bakı şəhərinə göndərilirlər. Həkim briqadaları zərurət yarandıqda evlərdə də müayinə aparırlar.
Aksiya təkcə Biləsuvar rayonunun ərazisindəki şəhərciklərdə deyil, həm də cəbrayıllı məcburi köçkünlərin məskunlaşdıqları 58 şəhər və rayonun tibb olacaqlarında da aparılır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cebrayil_rayonunun_12_minden_chox_sakini_tibbi_muayineden_kechirilib-834143

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR