Bakı, 23 fevral, İbrahim Əsədov, AzərTAc
Fevralın 23-də Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AzərTAc xəbər ki, tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov bədnam ermənilərin qanlı cinayətlərindən danışıb. Qeyd olunub ki, düşmənin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı XX əsrin ən dəhşətli faciəsidir.
Digər çıxış edənlər də erməni vəhşiliklərindən söz açıb, düşmənə layiqli cavab veriləcəyinə əminliklərini bildiriblər.
Sonra mövzu ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.