Britaniyada Qarabağ münaqişəsinə həsr edilmiş konfrans keçirilib

Britaniyada Qarabağ münaqişəsinə həsr edilmiş konfrans keçirilib
12:44 23 Fevral 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant müsabiqəsi çərçivəsində Böyük Britaniyanın Kinqs Kollecində “Dağlıq Qarabağ münaqişəsi: mövcud vəziyyət və gələcək perspektivlər” mövzusunda konfrans keçirilib. Şuradan Lent.az-a verilən məlumata görə, Böyük Britaniyanın Birminqem Universitetinin “Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi”nin təşkil etdiyi tədbirdə ölkənin bir sıra təhsil müəssisələrinin professorları, beynəlxalq ekspertlər və diplomatlar iştirak edib.

İki sessiyadan ibarət konfransda ATƏT Minsk Qrupunun keçmiş həmsədri cənab Jak For, “LINKS” mərkəzinin rəhbəri,  siyasi analitik cənab Dennis Sammot, Brüsseldə yerləşən Avropa Siyasət Mərkəzinin nümayəndəsi xanım Amanda Pol, habelə Birminqem Universtetinin Rusiya və Şərqi Avropa Araşdırmalar Mərkəzi əməkdaşı Dr. Kəmalə İmranlı-Löv məruzə ilə çıxış ediblər.

ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri cənab Jak For çıxışında Rusiya, Türkiyə, İran kimi dövlətlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə təsiri, habelə onların ölkəmiz və Ermənistanla ikitərəfli münasibətlərinə toxunub. “LINKS” mərkəzinin rəhbəri, siyasi analitik cənab Dennis Sammot ATƏT-in Minsk Qrupunun münaqişənin həlli istiqamətindəki fəaliyyəti haqqında bildirib ki, 20 ildən artıq müddətdə davam edən sülh danışıqların uğursuzluğa düçar olması həmsədrlərin fəaliyyətinin müsbət qiymətləndirilməsinə imkan vermir.

Xanım Amanda Polun fikrincə, rəsmi Bakı münaqişənin sülh yolu ilə həllini istəsə də, danışıqlar prosesində irəliləyiş əldə olunmasa konflikt yenidən aktiv fazaya keçə bilər.

Konfransın sonunda çıxış edən Kəmalə İmranlı-Löv “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Britaniya mediası prizmasından” mövzusunda apardığı tədqiqatın nəticələrini təqdim edib. Tədqiqat nəticələrinə əsasən məlum olub ki, Böyük Britaniyanın aparıcı media qurumları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılmasına qeyri-obyektiv və qərəzli yanaşıb, daha çox Ermənistanın haqsız mövqeyini müdafiə etməklə fərqləniblər.

Konfrans ekspertlərin fikirlərinin müzakirəsi ilə davam edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR