Cennifer Lopes büdrədi, yaman utandı - FOTO

Cennifer Lopes büdrədi, yaman utandı - FOTO
12:47 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

ABŞ Kinematoqrafiya Sənətləri Akademiyasının "Oskar" mükafatlarının Los-Anceles şəhərində keçirilmiş təqdimat mərasiminin iştirakçıları arasında məşhur müğənni və aktrisa Cennifer Lopes də vardı.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 45 yaşlı Cey Lo ətəyi çox uzun, geniş paltar geyindiyindən çətinliklə hərəkət edirdi.
Hollivuddakı "Dolby Theater"in səhnəsinə "Otel Qrand Budapeşt" filminin rejissor və prodüserlərinə "Oskar"ı təqdim etmək üçün Kris Paynla səhnəyə qalxanda Cennifer Lopes büdrəyib.
 
O, "Oskar"ı "Ən yaxşı kostyum" nominasiyasında qalib gəlmiş Milen Kanoneroya verəndə səndirləyirdi.
 
Cey Lo utandığını gizləməyə çalışsa da, kameralar onun naqolay durumunu translyasiya ediblər.

Milli.Az



















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/326064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR