Qarlı havada Bakıda 6 nəfər yıxılaraq xəsarət alıb

12:47 23 Fevral 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 12:41 ]


Bakı. Könül Kamilqızı – APA. İstirahət günlərində Bakıda təcili yardım stansiyasına daxil olan müraciətlərin sayı artıb.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev APA-ya açıqlamasında deyib ki, müraciətlərin sayı ötən günlərlə müqayisədə 5% artıb. Onun sözlərinə görə, fevral ayında adi günlərdə təcili yardıma 1800 çağırış müraciəti daxil olurdusa, ötən sutka ərzində onların sayı 1900-ə çatıb.

O. Şahmalıyev qeyd edib ki, qarlı və şaxtalı hava şəraiti nəticəsində 6 nəfər qarda sürüşərək xəsarət alıb. Onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib, 2 nəfərə isə yerində tibbi xidmət göstərilib. Həmin şəxslərin vəziyyəti orta ağırlıq səviyyəsindədir.

Bugünlərdə zədələnmələrlə əlaqədar ümumilikdə 20% artım qeydə alınıb.

Məlumata görə, qarlı hava şəraiti təcili yardım maşınlarına da müəyyən çətinliklər törədib. Bakının Yeni Yasamal, Yeni Günəşli və 9-cu mikrorayon kimi ərazilərinə problem yaranmaması üçün xüsusi maşınlar göndərilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373729

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR