Britaniya şahzadəsi pedofiliyada ittihamlanıb

Britaniya şahzadəsi pedofiliyada ittihamlanıb
23:48 2 Yanvar 2015
155 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 2 yanvar /Trend/

Amerikada Britaniyanın şahzadəsi, York hersoqu Endryu məhkəməyə verilib. Adi naməlum olan qadın onu seksual zorakılıqda ittiham edib.

Trend Lenta.ru-ya istinadan məlumat verir ki, qadının dediyinə görə, amerikalı bankir Ceffri Epşteyn onu 18 yaşı olmadan seksual qul kimi istifadə edərək siyasi əlaqələri olduğu şəxslərə satırdı. Dediyinə görə, onun satıldığı insanlar arasında şəhzadə Endryu da var imiş.

Şahzadə artıq 2011-ci ildə Epşteynin qurbanları ilə əlaqədə ittiham olunmuşdur, və o, bu əlaqələri inkar edirdi.

54 yaşlı şahzadə Endryu Britaniyanın kraliçası Elizaveta II-nin ikinci oğludur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR