Azərbaycan və Litva arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Litva arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
12:48 23 Fevral 2015
49 Ölkə
Ölkə mətbuatı
A- A+


Vilnüs, 23 fevral, AzərTAc
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin ədliyyə naziri Yozas Bernatonis ilə görüşüb. Görüşdə Azərbaycan-Litva münasibətləri, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda, o cümlədən ədliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Səfir H.Məmmədzadə Azərbaycan və Litva arasında bütün sahələrdə əlaqələrin ildən-ilə inkişaf etdiyini söyləyib. Azərbaycanın mühüm tərəfdaşlardan biri kimi Litva ilə münasibətlərə xüsusi önəm verdiyi bildirilib. Diplomat Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə ədliyyə sahəsində aparılan genişmiqyaslı islahatlar barədə Y.Bernatonisi məlumatlandırıb.
Görüşdə səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, problemin həlli istiqamətində Azərbaycanın konstruktiv mövqeyi, həmçinin Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq nümayiş etdirdiyi işğalçılıq siyasəti ilə bağlı məlumat verib.
Söhbət zamanı regionda cərəyan edən hadisələrə dair fikir mübadiləsi aparılıb.
Nigar Cəfərli
AzərTAcın xüsusi müxbiri
Vilnüs

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Litva_arasinda_edliyye_sahesinde_emekdasliq_muzakire_olunub-834144

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR