Bakı, 23 fevral, AzərTAc
Fevralın 23-də Şəmkir rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzərTAc-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 12:04-də Gəncədən 31 km şimali-şərqdə qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.3, dərinliyi 9 km olub.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.