Günəşli hava geri qayıdır

Günəşli hava geri qayıdır
12:51 23 Fevral 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın 2-3 gün ərzində sabit hava gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan ANS PRESS-ə verilən məlumata görə, fevralın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında temperatur gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 24-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 2 dərəcə şaxtadan 3 dərəcəyəək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacağı gözlənilir.

ETSN Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, yaxın 2-3 gün ərzində sabit, əsasən yağmursuz hava davam edəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=327686

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR