"Qəbələ" Droqbanın həmyerlisi ilə bağlı qərarını verdi

"Qəbələ" Droqbanın həmyerlisi ilə bağlı qərarını verdi
12:52 23 Fevral 2015
55 İdman
Ölkə mətbuatı
A- A+

Bir həftədən çoxdur “Qəbələ”nin düşərgəsində olan Sebai Seninin ölkəmizdə qalıb-qalmayacağına aydınlıq gəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, şimal təmsilçisində baxışda olan kotdivuarlı hücumçu geri göndərilib.
  
Baş məşqçi Roman Qriqorçuk bir yoxlama oyununda sınaqdan çıxardığı gənc hücumçudan məmnun qalmayıb və ondan imtina edib.
  
Qeyd edək ki, Sebai Seninin son klubu Moldova “Saksan”ı olub. Əfsanəvi hücumçu Didye Droqbanın həmyerlisi olan 21 yaşlı oyunçu “Qəbələ”nin əsas heyətinin U-19 komandası ilə keçirdiyi yoxlama görüşündə 1 qol vurmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/326120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR