Paytaxt yollarında vəziyyət normaldır, nəqliyyatın hərəkətində problem yoxdur

Paytaxt yollarında vəziyyət normaldır, nəqliyyatın hərəkətində problem yoxdur
12:53 23 Fevral 2015
55 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Paytaxt yollarında vəziyyət normaldır, nəqliyyatın hərəkətində problem yoxdur.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov AzərTAc-a bildirib ki, hazırda paytaxt ərazisindəki küçə və prospektlərdə nəqliyyatın hərəkəti normaldır. Aeroport istiqamətində sürət həddi əvvəlki kimi 120 km/saata qaldırılıb. Yollarda sürüşmə ehtimalı minimumuma endirilib. Bakı Şəhər İcra Hakimiyyətinin, “Azəryolservis” ASC-nin aidiyyəti qurumları yolların təmizlənməsi işini davam etdirir.
V.Əsədov deyib ki, qarlı-şaxtalı havada dünəndən bu gün səhər saatlarına kimi cüzi maddi zərərlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib. Bundan başqa, 2 toqquşma qəzası zamanı 5 nəfər xəsarət alıb. İki piyadanı isə avtomobil sürüşərək vurub.
Hazırda yol polisi gücləndirilmiş iş saatı ilə xidmət aparır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxt_yollarinda_veziyyet_normaldir_neqliyyatin_hereketinde_problem_yoxdur-834147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR