DİN-dən Bakıda 3 nəfərin yanaraq öldüyü faciə ilə bağlı məlumat

DİN-dən Bakıda 3 nəfərin yanaraq öldüyü faciə ilə bağlı məlumat
12:54 23 Fevral 2015
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi Binəqədidə yanğın nəticəsində ata və oğlanlarının ölümü ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, fevralın 22-də saat 03 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Ağdam rayon sakini Şaiq Cəlilovun yaşadığı Evtikmə Kombinatının həyətindəki taxta konstruksiyalı evdə yanğın baş verib. Yanğın qonşuluqda yaşayan Füzuli rayon sakinləri Mehman Aydınova, onun oğlu Tehrana, qızı Gülərə, habelə Nəcəf Baxşəliyevə və onun oğlu Murada məxsus taxta konstruksiyalı evlərə də keçib. Nəticədə bütövlükdə evlərin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra Ş.Cəlilovun və oğlanları Amil ilə Kamilin yanan meyitləri tapılıb.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR