Rusiya-İran güc göstərir

Rusiya-İran güc göstərir
12:56 23 Fevral 2015
57 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın təbii ehtiyatlar və ekologiya naziri Sergey Donski İranın milli neft naziri Bidjan Namdar Zanqane ilə görüşüb. Tərəflər arasında neftçıxarma və qaz sahəsində gələcək əməkdaşlıq haqqında razılıq əldə olunub.

ANS PRESS-in məlumatına görə, S.Donski deyib ki, İranın neft naziri ilə neft kəşfiyyatı və neftçıxarma sahəsində Rusiya şirkətlərinin iştirakının perspektivini müzakirə etdik. Həmçinin İran mütəxəssislərinin Rusiyanın neft üzrə təhsil müəssisələrində hazırlanması imkanları barədə fikir mübadiləsi apardıq.

Sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə ilə keçirilən danışıqlarda isə İran ərazisində qara və əlvan metalların, kömür və başqa faydalı qazıntıların axtarışı sahəsində Rusiya geoloqlarının təcrübəsindən istifadə olunması, eləcə də İslam Respublikasının iqtisadiyyatının inkişafı üçün qarşılıqlı maraq doğuran məsələləri müzakirə edilib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=327670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR