ABŞ xüsusi təyinatlıları İŞİD-lə bacarmadı

ABŞ xüsusi təyinatlıları İŞİD-lə bacarmadı
23:56 2 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ xüsusi təyinatlılarının İŞİD-in əlində olan girovları azad etmək üçün keçirdiyi əməliyyat boşa çıxıb.

ANS PRESS-in məlumatına görə, Əl-Cəzirə kanalının yaydığı xəbərdə deyilir ki, xüsusi təyinatlılar Suriyanın Rakka şəhərində saxlanılan girovları azad etmək üçün əməliyyat keçirmək istəyiblər. Bu zaman gün ərzində fasiləsiz bombardman edilən Rakka şəhərindəki İŞİD yaraqlıları xüsusi təyinatlıları fərq edərək onların helikopterini atəşə tutub.

ABŞ xüsusi təyinatlıları geri çəkilməyə məcbur qalıblar.

Xəbər deyilir ki, əməliyyatın keçirilməsində məqsəd İŞİD-ə əsir düşən iordaniyalı pilotun azad edilməsi olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR