Türkiyə XİN Çanaqqalada keçiriləcək tədbirlə bağlı təkzib verdi

Türkiyə XİN Çanaqqalada keçiriləcək tədbirlə bağlı təkzib verdi
12:57 23 Fevral 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+

“Aprelin 24-də Çanaqqalada keçiriləcək tədbirin ləğv edilməsindən söhbət gedə bilməz”
Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin səlahiyyətli nümayəndəsi deyib.

Türkiyə mediasında 24 apreldə Çanaqqala müharibəsinin 100 illiyi münasibətilə keçirilməsi planlaşdırılan tədbirin ləğvi barədə yayılan xəbərləri şərh edən XİN təmsilçisi bu iddiaları təkzib edib: “Bununla bağlı olaraq mətbuat katibimiz “Anadolu” agentliyinə də açıqlama verib. 24 apreldəki beynəlxalq tədbirə hazırlıqlar davam edir”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan və Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Ankarada keçirdikləri mətbuat konfransında Çanaqqala zəfərinin 100-cü ilini birlikdə qeyd edəcəklərini bildiriblər. Sonradan Türkiyə hökuməti tədbirə 102 ölkənin dövlət və hökumət başçısının dəvət olunduğunu açıqlayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/326125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR