Bakı Ali Neft Məktəbində "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsinin iştirakçıları ilə görüş keçirildi (FOTO)

Bakı Ali Neft Məktəbində "Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi" layihəsinin iştirakçıları ilə görüş keçirildi (FOTO)
12:58 23 Fevral 2015
47 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi olan “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin iştirakçıları Bakı Ali Neft Məktəbində (BANM) oldular.

Tədbiri açan BANM-in rektoru Elmar Qasımov KİV nümayəndələri olan iştirakçıları Bakı Ali Neft Məktəbində salamlayaraq, onları görməkdən məmnun olduğunu bildirdi. O, Bakı Ali Neft Məktəbinin yaranma tarixi, məqsədləri, qısa zaman ərzində əldə etdiyi uğurları və dünyada tanınmış neft-qaz şirkətləri ilə qurulan əməkdaşlıq haqqında ətraflı məlumat verdi. Rektor Elmar Qasımov BANM-in Azərbaycanın ali təhsil ocaqlarının reytinq cədvəlində ən yüksək yerlərdən birini tutduğunu vurğuladı. Elmar Qasımov hazırda tikilməkdə olan BANM-in ən müasir tələblərə cavab verən kampusunun növbəti təhsil ilində istifadəyə veriləcəyini bildirdi. O, bu kampusun Qafqaz regionunda ən böyük kampus olacağını dedi. Rektor E.Qasımov tələbə qəbulu göstəricilərinin reytinq cədvəlinə görə BANM-in 2012-ci və 2013-cü illərdə ali məktəblər arasında mütləq lider olduğu, tədris prosesinin Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq müqaviləsi çərçivəsində ingilis dilində ən müasir texnologiyaların tətbiqi ilə aparıldığını vurğuladı. O, tələbələrin təhsildə, müəllimlərin isə tədrisdə motivasiyasını artırmaq üçün kompleks tədbirlərin həyata keçirildiyini, tədris prosesinin istehsalatla sıx əlaqədə olduğunu, biliklərin qiymətləndirilməsində tam şəffaf və obyektiv mühitin yaradıldığını qeyd etdi. Bununla yanaşı, rektor E.Qasımov BANM-də tədris prosesinin müasir metodlarla təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işlər haqqında da jurnalistlərə məlumat verdi.

Sonra Elmar Qasımov “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsinin iştirakçısı olan KİV nümayəndələrinin çoxsaylı suallarını cavablandırdı.

Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Mətbuat Şurası ilə birgə reallaşdırdığı “Gənc Jurnalistlərin SOCAR Qış Məktəbi” layihəsi neft-qaz mövzuları üzrə ixtisaslaşmaq istəyən gənc jurnalistlərin təcrübi biliklərinin və peşəkarlıq səviyyəsinin artırılmasına xidmət edir. Layihə Azərbaycan KİV-də enerji mövzularının işıqlandırılmasında keyfiyyətin yüksəldilməsi, gənc jurnalistlərin neft-qaz sektorunun müxtəlif sahələri və spesifik xüsusiyyətləri haqqında biliklərinin artırılmasına yardım göstərilməsi, ölkəmizin neft sənayesinin son illər ərzində qazandığı qlobal və regional əhəmiyyətli nailiyyətlər, habelə SOCAR-ın fəaliyyət istiqamətləri ilə onların daha yaxından tanış olmaları məqsədilə həyata keçirilir. İştirakçılar arasında ümumilikdə 22 KİV, o cümlədən televiziya, qəzet, informasiya agentliyi və portalları təmsil edən 36 jurnalist var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2367118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR