“28 MALL”-da baş vermiş yanğınla bağlı FHN-in məlumatı

00:04 3 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi “28 MALL” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Nizami rayonunda “28 MALL” ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş kafenin mətbəxində baş verib. Nəticədə kafenin dam örtüyündə quraşdırılmış ventilyasiya qurğusu və 6 p.m izolyasiyası yanıb. Yanğından inzibati bina  və soyuducu kamerası mühafizə olunub. Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189269

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR