Şimala yol hələ də bağlıdır

Şimala yol hələ də bağlıdır
13:06 23 Fevral 2015
46 Sosial
Ölkə mətbuatı
A- A+

Şimal bölgəsində kəskin hava şəraitinin fəsadları hələ də qalmaqdadır.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, Quba ərazisindəki Xınalıq yolu tamamilə bağlıdır. Nəqliyyat Nazirliyinin 6 saylı Yol İstismar İdarəsinin işçiləri artıq ikinci gündür ki, yolu açmağa çalışsalar da, hələ buna nail olmayıblar. Əraziyə lazımi qədər işçi qüvvəsi və texnika cəlb olunub.

6 saylı yol istismar idarəsindən verilən məlumata görə, ərazidə təxminən 10 yerdə qar uçqunu baş verib. Qar uçqunu və çovğun baş verdiyindən yol işçilərinin dünəndən təmizlədikləri yollar da yenidən bağlanıb. Hazırda əraziyə yenidən işçi qüvvəsi və texnika cəlb olunub. Qubanın rayon mərkəzindən 36-cı kilometrliyinə qədər yol açıqdır. 36-cı kilometrdən sonra təxminən 57-ci kilometrliyinə qədər - Xınalıq kəndinə qədər olan yol isə bağlıdır. Quba Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov yolun imkan daxilində mümkün qədər qısa zamanda açılacağını deyir.
Mənbə
ANS PRESS, Aytəkin Alxaslı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=327682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR