Almaniyanın Azərbaycandakı səfirliyinin attaşesinin döyülməsi faktı ilə bağlı cinayət işi başlanıb

13:17 23 Fevral 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 13:10 ]

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Almaniyanın Azərbaycandakı səfirliyinin attaşesinin döyülməsi faktı ilə bağlı məlumat yayıb.

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2015-ci il fevralın 19-da Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin attaşesi D.Birnbaum Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək, səfirliyin “İSR Plaza” mehmanxanasında yerləşən ofisində tanımadığı şəxsin təhqirinə və fiziki təzyiqinə məruz qaldığını, onun xuliqanlıq hərəkətləri nəticəsində sözügedən diplomatik nümayəndəliyin normal iş rejiminin qısa müddət ərzində pozulduğunu bildirib.

 

Məsələ ilə bağlı dərhal araşdırma aparılıb və həmin şəxsin Bakı şəhər sakini Fərid Nəcəfquluzadə olduğu müəyyən edilib. Təhqiqat orqanı tərəfindən D.Birnbaumun, səfirliyin digər əməkdaşlarının, həmçinin Fərid Nəcəfquluzadənin izahatları alınıb, digər təxirəsalınmaz tədbirlər həyata keçirilib.

 

Toplanmış materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
 

İşin tam, hərtərəfli və obyektiv araşdırılması və Fərid Nəcəfquluzadənin əməlinə hüquqi qiymət verilməsi üçün bütün zəruri tədbirlər görüləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR