Qurban Yetirmişli: "Şəmkirdə qeydə alınan 4 bal gücündə zəlzələdən sonra zəif təkanlar ola bilər"

13:17 23 Fevral 2015
120 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 13:10 ]

Bakı. Könül Kamilqızı – APA. Bu gün maqnitudası 4 baldan yuxarı olan zəlzələnin baş verdiyi Şəmkir zonasında elə də aktivlik yoxdur.

Respublika Seysmoloji Xidmət Mərkəzinin APA-ya açıqlamasında deyib ki, zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub. Onun sözlərinə görə, bundan sonra həmin ərazidə zəif təkanlar -“afterşok”lar ola bilər.

 

Son günlər Xəzər dənizində də zəlzələlərin baş verməsinə münasibət bildirən Q.Yetirmişli bildirib ki, həmin ərazidə hər hansı bir təhlükə yoxdur: “Bu zəlzələlər Xəzərdəki aktiv ocaqlarda qeydə alınıb və dəfələrlə həmin yerlərdə yeraltı təkanlar baş verib. Xəzər dənizində aktiv ocaqlar olduğu üçün həmin ərazidə bundan sonra da növbəti zəlzələlər baş verə bilər”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373740

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR