Azərbaycan ərazisində seysmoloji aktivlik təhlükədən xəbər verir? - Rəsmi mövqe

Azərbaycan ərazisində seysmoloji aktivlik təhlükədən xəbər verir? - Rəsmi mövqe
13:18 23 Fevral 2015
66 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi ölkənin bəzi ərazilərində seysmoloji aktivliyin artmasına münasibət bildirib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli Trend-ə deyib ki, dünəndən indiyədək ölkənin təxminən 10 rayonunda zəif təkanlar olub. Bu gün isə gün ərzində 3 zəlzələ qeydə alınıb. Lakin bu hallar narahatedici deyil: “Müəyyən dövrlərdə zəif təkanlar da, güclü təkanlar da olur. Belə təkanlar olmalıdır, bunlar çox qorxulu deyil”.

Qeyd edək ki, bu gün Xəzərin Azərbaycan sektorunda, Şəmkirdə və Qəbələdə zəlzələlər baş evrıb. Bunlar arasında nisbətən güclüsü Şəmkirdə baş verən zəlzələ olub.Burada zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2367125.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR