Nazirlikdən polis əməkdaşının özünü öldürməsi ilə bağlı AÇIQLAMA

Nazirlikdən polis əməkdaşının özünü öldürməsi ilə bağlı AÇIQLAMA
13:22 23 Fevral 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşının özünü güllələyib öldürməsi faktı ilə bağlı məlumat yayıb
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, fevralın 21-də Baş Mühafizə İdarəsinin Kürdəmir Rayonlararası Mühafizə Bölməsinin manqa komandiri, polis baş serjantı Neman Tanrıverdiyev “Makarov” markalı tabel silahı ilə xidməti otağında atəş açaraq özünü öldürüb.

Hadisə yerinə baxış zamanı “Makarov” markalı tapança, 2 ədəd güllə darağı, 15 patron və 1 ədəd giliz götürülüb.

Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/326133.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR