“Çiçəklənən Ermənistan” Partiyası parlamentin iclaslarını boykot edəcək

13:22 23 Fevral 2015
109 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 13:18 ]


Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan parlamentinin ikinci böyük fraksiyası olan “Çiçəklənən Ermənistan” Partiyası parlamentin bu həftə (23-26 fevral tarixlərində) keçiriləcək iclaslarını boykot edəcəyini açıqlayıb. APA-nın “news.am”a istinadən verdiyi məlumata görə, fraksiyanın katibi Naira Zöhrabyan bu qərarı ölkədə yaranmış daxili siyasi vəziyyətlə əlaqələndirib: “Yaxın günlərdə fraksiya aydın izahatla çıxış edəcək və sonrakı addımlarını ictimaiyyətə açıqlayacaq”. 

 

Partiyanın parlament fraksiyasını tərk edənlərin sayı isə artır. Artıq “Çiçəklənən Ermənistan” fraksiyasında təmsil olunan deputatlar David Koçaryan, Araqats Axoyan, Arutyun Karaqezyan, Karo Karapetyan, Qriqori Markaryan müstəqil fəaliyyət göstərəcəklərini bildiriblər.

 

Digər müxalif qüvvə - Erməni Milli Konqresi isə martın 1-nə mitinq təyin edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR