Qar 2 nəfərin ölümünə səbəb oldu

Qar 2 nəfərin ölümünə səbəb oldu
13:26 23 Fevral 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan rayonunda yağan güclü qar 2 nəfərin ölümünə səbəb olub.

ANS RESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb.

Dünən 1963-cü il təvəllüdlü Mamed Alməmməd oğlu Alməmmədova məxsus istixana uçub. Hadisə yerinə gələn sahibkar olanları görərkən şoka düşüb.

Hadisədən şoka düşən Mamed Alməmmədovun vəziyyəti qəfil pisləşib. O, dünyasını dəyişib.

Digər ölüm hadisəsi də uçqun nəticəsində qeydə alınıb. Belə ki, evlərin birinin çardağını qar basıb. Ev sahibi 43 yaşlı Bayram Şamil oğlu Əzizov çardağı təmizləmək istəyib. Bu zaman çardağ uçub.

Hadisə nəticəsində Bayram Əzizov dünyasını dəyişib.
Mənbə
ANS PRESS: Rəhman Məlikov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327690

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR