"Der Spiegel"dən qaz xəbəri: Azərbaycan vacib saziş imzalayacaq

"Der Spiegel"dən qaz xəbəri: Azərbaycan vacib saziş imzalayacaq
13:27 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Memorandum Avropaya qaz nəqlinin stabilliyini təmin edəcək tədbirlərin bir hissəsi olacaq
Təbii qazın idxalının diversifikasiyasını sürətləndirmək üçün Avropa Komissiyası 2015-ci ildə Azərbaycan və Türkmənistanla qazın nəqlinə dair danışıqlara başlamaq niyyətindədir.

APA-nın məlumatına görə, bu barədə Almaniyanın “Der Spiegel” nəşri Avropa İttifaqının təşəbbüsü ilə yaradılacaq Avropa Enerji İttifaqının layihəsinə istinadən məlumat yayıb.

“Avropa İttifaqı enerji resurslarının istehsalını və tranzitini həyata keçirən ölkələrlə strateji iqtisadi əməkdaşlıqlarını möhkəmləndirmək üçün bütün xarici siyasət alətlərindən istifadə edəcək”, - deyə yazır. “Der Spiegel”in məlumatına görə, bu cür ölkələr sırasına Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan, o cümlədən bir sıra Yaxın Şərq və Afrika ölkələri daxildir. Bundan başqa, Norveç, ABŞ və Kanada ilə əməkdaşlığı aktivləşdirilməsi məsələləri də nəzərdə tutulub.

Sənədə əsasən, Avropa İttifaqı 2015-ci ildə Azərbaycan və Türkmənistanla Anlaşma Memorandum imzalamaq niyyətindədir. Bu sənəd Avropaya qaz nəqlinin stabilliyini təmin edəcək tədbirlərin bir hissəsi olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/326123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR