Yenə zəlzələ olacaq?

Yenə zəlzələ olacaq?
13:27 23 Fevral 2015
208 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzi ölkənin bəzi ərazilərində seysmoloji aktivliyin artmasına münasibət bildirib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli Trend-ə deyib ki, dünəndən indiyədək ölkənin təxminən 10 rayonunda zəif təkanlar olub. Bu gün isə gün ərzində 3 zəlzələ qeydə alınıb. Lakin bu hallar narahatedici deyil: “Müəyyən dövrlərdə zəif təkanlar da, güclü təkanlar da olur. Belə təkanlar olmalıdır, bunlar çox qorxulu deyil”.

Qeyd edək ki, bu gün Xəzərin Azərbaycan sektorunda, Şəmkirdə və Qəbələdə zəlzələlər baş evrıb. Bunlar arasında nisbətən güclüsü Şəmkirdə baş verən zəlzələ olub. Burada zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA-ya açıqlamasında deyib ki, bundan sonra Şəmkirdə zəif təkanlar - “afterşok”lar ola bilər.
 
Son günlər Xəzər dənizində də zəlzələlərin baş verməsinə münasibət bildirən Q.Yetirmişli bildirib ki, həmin ərazidə hər hansı bir təhlükə yoxdur: “Bu zəlzələlər Xəzərdəki aktiv ocaqlarda qeydə alınıb və dəfələrlə həmin yerlərdə yeraltı təkanlar baş verib. Xəzər dənizində aktiv ocaqlar olduğu üçün həmin ərazidə bundan sonra da növbəti zəlzələlər baş verə bilər”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/326140.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR