Bakıda universitetin damı uçdu

13:32 23 Fevral 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda müşahidə olunan güclü külək nəticəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) əsas tədris binasının dam örtüyü uçub.
 
Ali məktəbin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov APA-ya açıqlamasında deyib ki, hadisə fevralın 21-də universitetin Üzeyir Hacıbəyli küçəsi 68 ünvanında yerləşən əsas tədris binasında qeydə alınıb. Onun sözlərinə görə, xoşbəxtlikdən, hadisə nəticəsində xəsarət alan olmayıb. Şöbə müdiri qeyd edib ki, damın uçması tədris prosesinə də heç bir təsir göstərməyib: “ADPU-nun rəhbərliyi bu hadisə ilə əlaqədar dərhal müvafiq təşkilatlara müraciət edib. Hazırda ərazidə lazımi tədbirlər görülür. Həmin yerdə səliqə-sahman yaradılır”.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/326143.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR