Azərbaycanın snayper tüfəngləri BƏƏ-də keçirilən sərgidə maraqla qarşılanıb - FOTOSESSİYA

Azərbaycanın snayper tüfəngləri BƏƏ-də keçirilən sərgidə maraqla qarşılanıb - FOTOSESSİYA
13:37 23 Fevral 2015
263 Sosial
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 13:31 ]

Yavər Camalov: “Yaxın vaxtlarda VOG-25 qumbaralarının və AQS-30 avtomatik qumbaraatanların döyüş sursatlarının seriyalı istehsalına başlayacağıq”

Abu Dabi. Rəşad Süleymanov - APA. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində keçirilən İDEX-2015 sərgisi davam edir.

 

APA-nın məlumatına görə, sərginin ikinci günü Azərbaycan MSN tərəfindən bir sıra xarici ölkələrin şirkətləri ilə işgüzar görüşlər keçirilib. Əməkdaşlıq imkanları müzakirə olunub.

 

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Sudan, BƏƏ, Pakistan, Cənubi Afrika, Ukrayna, Türkiyə və digər ölkələrdən olan müdafiə sənayesi müəssisələrinin stendlərini ziyarət edib.

 

Sərgidəki Azərbaycan MSN stendi də böyük marağa səbəb olub. Azərbaycan istehsalı olan “İstiqlal-T”, “Mübariz”, “Yalquzaq” və “Yırtıcı” adlı snayper tüfəngləri, HP-7.62 hücum pulemyotu, RPQ tipli əl qumbaraatanları üçün döyüş sursatları maraqla qarşılanıb.

 

Y. Camalov APA-ya açıqlamasında bildirib ki, yaxın vaxtlarda MSN VOG-25 qumbaralarının və AQS-30 tipli avtomatik qumbaraatanların döyüş sursatlarının seriyalı istehsalına başlayacaq. Artıq müəssisədə inşaat və texnologiyaların quraşdırılması işləri tamamlanıb.

 

Qeyd edək ki, sərgidə Azərbaycan ilk dəfə olaraq EM-14 adlı 5.56x45 mm NATO standartlı patronlarla atəş açan avtomatını da sərgiləyib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373749

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR