Bakı, 23 fevral, AzərTAc
Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 27-də saat 11-də Qax rayonunda Qax, Şəki, Zaqatala, Balakən və Oğuz rayonlarının sakinlərini qəbul edəcək.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, qəbulda iştirak etmək istəyənlər Şəki Ərazi Kənd Təsərrüfatı İdarəsinə (əlaqə telefonu: 055-781-55-88) və Kənd Təsərrüfatı Nazirliyinə (əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə, həmçinin nazirliyin qaynar xətti (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.