Manatın məzənnəsi yenidən yüksələ bilərmi? - deputatdan açıqlama

Manatın məzənnəsi yenidən yüksələ bilərmi? - deputatdan açıqlama
13:39 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov valyutadəyişmə məntəqələrində manat qıtlığı və manatın məzənnəsinin yenidən artması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

Lent.az-ın məlumatına görə, V.Əhmədov Trend-ə bildirib ki, manat qıtlığı onunla bağlıdır ki, yəqin ki, banklar hesablamalar aparır: “Ola bilər valyutadəyişmə məntəqələrində manat qıtlığı olsun. Çünki manat banklarda yığılıb, yəqin ki, müəyyən proseslər gedir, hesablamalar aparılır. Yəqin banklar bununla məşğuldular. Bəlkə də banklar nəsə gözləyirlər. O da ola bilər”.

 

Manatın məzənnəsinin yenidən qalxacağı məsələsinə gəlincə isə, V.Əhmədov bu ehtimalın o qədər də yüksək olmadığını düşünür: “Mən inanmıram bu prosesə. İndi spekulantlar nə danışırlar, nə danışmırlar, Mərkəzi Bank manatın məzənnəsi ilə bağlı rəsmi məlumat verdi və bugünkü məzənnə də odur. Yəni bu, rəsmi məzənnədir”.

 

Millət vəkili hesab edir ki, manatın məzənnəsinin yenidən qalxması ilə bağlı qərar yalnız dövlət səviyyəsində qəbul oluna bilər: “Ola bilər dollar ucuzlaşsın, amma bu, dövlət səviyyəsində qəbul olunan qərardan asılıdır”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194305

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR