Ruhi xəstə tüstüdən boğulub öldü

Ruhi xəstə tüstüdən boğulub öldü
13:41 23 Fevral 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə ruhi xəstə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə fevralın 21-də saat 21:00 radələrində qeydə alınıb.

Belə ki, Gəncə şəhərində yaşayan ruhi xəstə Ruhiyyə Tağıyevanın evində yun örtüyü qaz sobasının üstünə düşərək tüstülənmə baş verib.

Nəticədə R.Tağıyeva tüstüdən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=327695

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR