"Kasımpaşa" Bakı klubunun futbolçusunu transfer edir

"Kasımpaşa" Bakı klubunun futbolçusunu transfer edir
00:16 3 Yanvar 2015
170 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in futbolçusu Derlis Meza Kollini transfer etmək istəyən "Kasımpaşa" konkret addımlar atmağa başlayıb.

ANS PRESS-in məlumatına görə, Türkiyə klubu Bakı təmsilçisinə rəsmi təkliflə müraciət edib.

"İnter"in paraqvaylı futbolçu ilə 6 aylıq müqaviləsi var. Məlumata görə, "bankirlər" müəyyən transfer məbləği qarşılığında Kollinin satışına razılıq verəcək.

Qeyd edək ki, "Kasımpaşa"nın məşqçisi Murat Karataş dekabrın 18-də Bakıya gələrək "İnter" - "Neftçi" oyununu canlı izləmiş və Derlislə bağlı məlumat toplamışdı. Paraqvaylı futbolçu ötən qışda İtaliyanın "Cesena" klubundan "İnter"ə keçib. Bakı təmsilçisinin heyətində 23 rəsmi oyuna çıхan 26 yaşlı yarımmüdafiəçi əvvəllər Yunanıstanın "Atromitos", "Etnikos", "PAS Giannina", "Messiniakos", İtaliyanın "Cesena" və "Pavia" klublarında top qovub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR