Azərbaycanın snayperləri BƏƏ-də maraqla qarşılandı

Azərbaycanın snayperləri BƏƏ-də maraqla qarşılandı
13:44 23 Fevral 2015
242 Ölkə
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi şəhərində keçirilən İDEX-2015 sərgisi davam edir.

 

APA-nın məlumatına görə, sərginin ikinci günü Azərbaycan MSN tərəfindən bir sıra xarici ölkələrin şirkətləri ilə işgüzar görüşlər keçirilib. Əməkdaşlıq imkanları müzakirə olunub.

 

Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti Sudan, BƏƏ, Pakistan, Cənubi Afrika, Ukrayna, Türkiyə və digər ölkələrdən olan müdafiə sənayesi müəssisələrinin stendlərini ziyarət edib.

 

Sərgidəki Azərbaycan MSN stendi də böyük marağa səbəb olub. Azərbaycan istehsalı olan “İstiqlal-T”, “Mübariz”, “Yalquzaq” və “Yırtıcı” adlı snayper tüfəngləri, HP-7.62 hücum pulemyotu, RPQ tipli əl qumbaraatanları üçün döyüş sursatları maraqla qarşılanıb.

 

Y. Camalov APA-ya açıqlamasında bildirib ki, yaxın vaxtlarda MSN VOG-25 qumbaralarının və AQS-30 tipli avtomatik qumbaraatanların döyüş sursatlarının seriyalı istehsalına başlayacaq. Artıq müəssisədə inşaat və texnologiyaların quraşdırılması işləri tamamlanıb.

 

Qeyd edək ki, sərgidə Azərbaycan ilk dəfə olaraq EM-14 adlı 5.56x45 mm NATOstandartlı patronlarla atəş açan avtomatını da sərgiləyib.













Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/194306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR