Elman Rüstəmov nə etməlidir?

Elman Rüstəmov nə etməlidir?
13:46 23 Fevral 2015
361 Ölkə
Ölkə mətbuatı
A- A+

Hökumət son altı ayda manatın məzənnəsinin dəstəklənməsinə xərclədiyi vəsaitin bir hissəsini problemli kreditlərin qapanmasına xərcləsəydi daha doğru olardı.

ANS PRESS-in məlumatına görə, bu barədə iqtisadçı ekspert, Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib.

“Mərkəzi Bank yanvar ayında 1,5 milyard manat olmaqla bötüvlükdə son 6 ayda manatın məzənnəsini sabit saxlamağa 3 milyarda yaxın vəsait xərcləyib. Ümumi kredit qoyuluşlarında istehlak kreditlərinin həcmi 6,5 milyard manatdan çoxdur. Vaxtı keçmiş (problemli kreditlər) kredit öhdəliklərinin həcmi isə 800 milyon manatdan artıqdır. Məncə, hökumətin (Mərkəzi Bankın) xərclədiyi 3 milyarda yaxın vəsaiti bu istiqamətə yönəltməklə (kreditlərin bir hissəsinin bağışlanması formasında) manatın məzənnəsini sərbəst buraxması daha səmimi bir addım kimi qəbul olunardı”,- deyə Ramil Osmanlı vurğulayır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=327706

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR