Sudanlı diplomat Azərbaycan Turizm və Menecment Universitetində olub

Sudanlı diplomat Azərbaycan Turizm və Menecment Universitetində olub
13:48 23 Fevral 2015
63 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Sudan Respublikasının ölkəmizdəki səfirliyinin səlahiyyətli nümayəndəsi Muhammed Elballa Osman Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olub.
Universitetdən AzərTAc-a bildirilib ki, görüşdə ATMU-nun rektoru, professor Cəfər Cəfərov qonağa rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri, perspektiv planları barədə geniş məlumat verib.
Görüşdə hər iki ölkədə turizmin müasir vəziyyəti və inkişaf istiqamətləri, ATMU ilə Sudan Respublikasının müvafiq ali təhsil ocaqları arasında qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sudanli_diplomat_Azerbaycan_Turizm_ve_Menecment_Universitetinde_olub-834164

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR