"Həyat yoldaşım evdən qovur ki, get efirə çıx"

"Həyat yoldaşım evdən qovur ki, get efirə çıx"
13:51 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

“Həyat yoldaşımla çox xoşbəxtik. Efirdə az görünməyimin səbəbi ailəmlə bağlı deyil. Əksinə, həyat yoldaşım məni evdən qovur ki, get efirə çıx".

Axşam.az xəbər verir ki, bu sözləri “Region" TV-də yayımlanan “Şou məkan” verilişində müğənni Emma Ələkbərzadə deyib.

Sənətçi bildirib ki, bəziləri kimi televiziyaya çıxıb boşboğazlıq etmək istəmir:

"Ayda bir-iki dəfə verilişlərdə qonaq oluram. Onda da hörmətlə, izzətlə. Mən əqrəbəm, amma ilanı yuvasından çıxarmağı bacarıram. Dostla düşməni ayıra bilirəm. Saf insanam. Ailəmin adını heç vaxt alçaltmaram. Çətinliklərim olsa da, pozitiv görünməyə çalışıram. Nəsə problem olanda, öz otağıma çəkilib sızıldayıram, inildəyirəm, amma insanlar arasına gülərüzlə çıxıram”.

E.Ələkbərzadə dietoloq məsləhəti ilə arıqladığı üçün peşman olduğunu bildirib:

“İndiki ağlım olsaydı, dietoloqun köməyilə arıqlamazdım. Bu, çox əziyyətlidir. Sadəcə, əməliyyat etdirərdim, mədəmə üzük qoydurardım, ya da bir hissəsini kəsdirərdim. Amma onun da fəsadları yarana bilərdi. Mən sağlamlığım üçün arıqladım”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26944

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR