Alpaqut döyüş sənəti üzrə birinci açıq respublika çempionatına yekun vurulub

Alpaqut döyüş sənəti üzrə birinci açıq respublika çempionatına yekun vurulub
13:53 23 Fevral 2015
309 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 fevral, AzərTAc
Şağan Olimpiya İdman Kompleksində alpaqut döyüş sənəti üzrə birinci açıq respublika çempionatına yekun vurulub.
Azərbaycan Alpaqut Federasiyasından AzərTAc-a bildiriblər ki, çempionatda paytaxt və bölgələrdən 120 idmançı iştirak edib.
Komandalar alpaqut turan döyüş sənətinin aypara, batur və caymaz sistemlərində mübarizə aparıblar.
Aypara sistemi üzrə “Suraxanı-1”, batur yarışlarında “Sumqayıt-1”, caymaz turnirində isə “Qartal” komandası fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Alpaqut türk xalqlarının qədimdən yaşayan döyüş sənətlərindən götürülmüş və müasir döyüş sənətləri ilə sintezləşdirilmiş bir döyüş sənətidir. “Alpaqut” sözünün mənası müqəddəs döyüşçü deməkdir.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Alpaqut_doyus_seneti_uzre_birinci_achiq_respublika_chempionatina_yekun_vurulub-834166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR