Bilik Fondu bir neçə təhsil ocağı ilə saziş imzalayıb - FOTO

Bilik Fondu bir neçə təhsil ocağı ilə saziş imzalayıb - FOTO
13:57 23 Fevral 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 13:54 ]


Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası arasında üçtərəfli saziş imzalanıb. Fonddan APA-ya verilən məlumata görə, icraçı direktor Oktay Səmədov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva və Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun imzaladıqları sazişə görə, tərəflər müxtəlif yaradıcı insanların bilik və bacarıqlarının artırılması, gənclərin dövlətçilik ruhunda tərbiyə olunması, istedadlı şəxslərə qayğı, diqqət göstərilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

 

Bilik Fondunun icraçı direktoru O.Səmədov sazişin mədəniyyət və incəsənət üçün yeni yollar açacağına, mədəni və intellektual dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

 

Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov sazişin rəhbərlik etdiyi təhsil ocağının tələbələri üçün önəmindən söz açıb. Onun sözlərinə görə, tələbələrin yaradıcılıq uğurları indi yalnız Rəssamlıq Akademiyasının çərçivəsində qalmayacaq, həm də Bilik Fondunun, Mədəniyyət və İncəsənət Universitetinin diqqət mərkəzində olacaq.

 

Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva da üç yaradıcı və maarifləndirici təşkilatın birgə görəcəyi işlərə böyük ümid bəslədiyini vurğulayıb.

 

Bilik Fondu ilə imzalanan daha bir sazişin tərəfdaşı Silahlı Qüvvələrin Hərbi Akademiyası olub. Akademiyada keçirilən “Hərbi psixologiya və pedaqogika” kitabının təqdimat mərasimindən sonra iki qurum arasında əməkdaşlıq sazişi imzalanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373753

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR