FHN "28 MALL" ilə bağlı məlumat yaydı

FHN "28 MALL" ilə bağlı məlumat yaydı
00:21 3 Yanvar 2015
119 Ölkə
Ölkə mətbuatı
A- A+

Fövqəladə Hallar Nazirliyi “28 MALL” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakı şəhəri, Nəsimi rayonunda “28 MALL” ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş kafenin mətbəxində baş verib.

Nəticədə kafenin dam örtüyündə quraşdırılmış ventilyasiya qurğusu və 6 p.m izolyasiyası yanıb. Yanğından inzibati bina və soyuducu kamerası mühafizə olunub.

Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR