Azərbaycanda malların təhlükəsiz ixrac sistemi ilə daşınması üçün ərizəyə baxılma müddəti azaldılıb

14:02 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 13:58 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması Qaydaları”na dəyişiklik edib.

 

APA-nın məlumatına görə, Bu Qaydalar təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması qaydalarını müəyyən edir və təhlükəsiz ixrac sxeminin məqsədi malların təhlükəsiz qaydada qablaşdırılmaqla, başqa mallardan ayrılıqda, heç bir kənar müdaxilə olmadan yüklənməsini, daşınmasını və təyinat yerində boşaldılmasını təmin etməkdir.

 

Təhlükəsiz ixrac sxeminin təsdiq edilməsi üçün malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs tərəfindən gömrük orqanına kağız üzərində yazılı və ya elektron formada ərizə ilə müraciət edilir. İndiyə qədər  daxil olmuş ərizəyə gömrük orqanı tərəfindən 3 iş günü müddətində baxılıb və sənədlərdə çatışmazlıqlar olmadığı halda malların təhlükəsiz ixrac sxeminin təsdiq edilməsi barədə qərar qəbul edilib. Dəyişikliyə əsasən ərizəyə gömrük orqanı tərəfindən baxılma müddəti 3 gündən 2 günə endirilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373755

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR