İŞİD təhlükəsi sürətlə böyüyür - FOTO

İŞİD təhlükəsi sürətlə böyüyür - FOTO
14:05 23 Fevral 2015
59 Dünya
Ölkə mətbuatı
A- A+

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması 2004-cü ildə İraqda yaradılanda "Əl Qaidə" terror şəbəkəsinin bir qolu idi. O zamanlar İŞİD-in təqribən 1000 üzvü vardı.
 
İndisə İŞİD sıralarında 30 mindən artıq terrorçu bərqərar olub və qruplaşma Yaxın Şərqlə Şimali Afrikada çox böyük ərazilərə nəzarət edir.
İŞİD-i indi Avropadan sadəcə, Aralıq dənizi ayırır.
 
Milli.Az New York Times-a istinadən bildirir ki, Əlcəzair, Tunis, Misir, Liviya, Yəmən, Suriya, İraq və Əfqanıstanda həddən artıq aktivləşmiş İŞİD üzvlərinin dəqiq sayına gəldikdə, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) terrorçuların 31500 nəfər olduğunu bildirir.
Ekspertlər isə İŞİD tərəfdarlarının sayının artıq 200 min nəfərə çatdığını vurğulayırlar.
 
Qruplaşma sosial şəbəkələrdə təbliğatdan da çox böyük ustalıqla istifadə edir.
Müsəlman ölkələrindəki marginal şəxsləri və indiyədək "yatmış" vəziyyətdə olan radikal qrupları öz tərəfinə çəkməyi bacaran İŞİD bu minvalla tərəfdarlarının sayını sürətlə artırır.
 
İş o yerə çatıb ki, Əfqanıstan və Pakistanda "Taliban" hərəkatının mövqeləri belə, İŞİD-in aktiv fəaliyyəti sayəsində zəifləməyə başlayıb.
İŞİD talibləri öz tərəfinə çəkməyə başlayıb.
 
Hindistanla Pakistan arasındakı mübahisəli məkan sayılan Kəşmirdə də İŞİD fəallaşıb.
 
Milli.Az



 












Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/326114.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR