Yağıntılar Şirvan və İmişlidə fəsadlar törədib

Yağıntılar Şirvan və İmişlidə fəsadlar törədib
14:05 23 Fevral 2015
65 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 21-i axşam saatlarından yağan qar Şirvan şəhəri, Hacıqabul və Sabirabad rayonlarında ciddi fəsadlar törədib.

Milli.Az El TV-yə (Region Tv) istinadən xəbər verir ki, Şirvanda qarın qalınlığı 30-35, bəzi yerlərdə 50 santimetrə çatıb. Şəhərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Vətəndaşlara və şəhər təsərrüfatına məxsus evlərin dam örtükləri uçub, avtomobillərə ziyan dəyib, ağaclar aşıb.

Nəqliyyatın hərəkətini təmin etmək üçün Şirvan şəhər 34 saylı Yol İstismar İdarəsinin canlı qüvvəsi və texnikası tərəfindən yollar qardan təmizlənib.

İmişli rayonunda isə intensiv yağan yağış bir sıra fəsadlara səbəb olub. Yağış rayonun mərkəzi küçələrini keçilməz edib. Yollarda yaranan gölməçələr nəqliyyatın hərəkətini çətinləşdirib. Bundan başqa, yol kənarındakı bir neçə  iaşə obyekti suyun içində qalıb. Bəzi  sakinlərin həyətyanı sahəsi və zirzəmiləri su ilə dolub. Yağışın törətdiyi fəsadları aradan qaldırmaq  üçün əraziyə İmişli rayon Yanğından Mühafzə  Xidmətinin texnikası  və canlı  qüvvəsi cəlb edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/326149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR