Paytaxtın Səbail rayonunun və Şəkinin şahmat komandaları respublika birinciliyinin finalına vəsiqə qazanıblar

Paytaxtın Səbail rayonunun və Şəkinin şahmat komandaları respublika birinciliyinin finalına vəsiqə qazanıblar
14:08 23 Fevral 2015
76 İdman
Ölkə mətbuatı
A- A+


Balakən, 23 fevral, AzərTAc
Balakən şəhərindəki “Gənclər evi”ndə şahmat məktəblərinin komandaları arasında respublika birinciliyinin zona mərhələsinin yarışları başa çatıb.
Rayon şahmat məktəbindən AzərTAc-a bildiriblər ki, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin tədbirlər planına uyğun olaraq keçirilən yarışlarda tərkibinə 4 oğlan və 2 qız şahmatçı daxil olduğu 10 komanda mübarizə aparıb. Yekun nəticələrə görə, paytaxtın Səbail rayonundakı 2 nömrəli şahmat məktəbinin komandası zona birinciliyinin qalibi olub. Sonrakı yerləri Şəki və Balakən şahmatçıları tutublar. Əsasnaməyə görə, zona yarışında ilk iki yeri tutan Səbail rayonunun və Şəki şəhərinin komandaları respublika birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.
Qalib komandalar kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Paytaxtin_Sebail_rayonunun_ve_Sekinin_sahmat_komandalari_respublika_birinciliyinin_finalina_vesiqe_qazaniblar-834171

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR