Namiq: "Bu, məsuliyyətdir, narahatam..."

Namiq: "Bu, məsuliyyətdir, narahatam..."
14:11 23 Fevral 2015
Ölkə mətbuatı
A- A+

Meyxanaçı Namiq Qaraçuxurlu yazdığı mahnıları sənət dostlarına vermək qərarına gəlib.

Axşam.az-ın məlumatına görə, “Onlar”a açıqlama verən sənətçi siyahıda ilk xalq artisti Brilliant Dadaşovanın olduğunu deyib:

“Qərara gəlmişəm ki, müəyyən mahnılarımı başqa sənətçilərə verəcəm. Sırada birinci Brilliant Dadaşovadır. Aramızda danışıq olub. Böyük sənətkardır. Ona mahnı yazmaq məsuliyyətdir, narahatam. Fikirləşirəm ki, yaxşı əsər verim, bəyənsin”.

Uzun müddətdir yeni klip çəkdirməyən N.Qaraçuxurlu bu durğunluğa son qoyacaq:

“Mütləq tezliklə klip çəkdirməliyəm. İstəyirəm müasir stildə, maraqlı bir ekran işi olsun. Yerli rejissorlara müraciət edəcəm. Aparıb 20 min veririk xariciyə ki, klip çək. Özümüzünkülərə güvənmirik. Bizimkilər onlardan da, qəşəng kliplər çəkirlər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=26946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR