Avstraliya hökuməti terrorizmlə mübarizə məqsədilə milli əlaqələndirici vəzifəsi təsis edəcək

Avstraliya hökuməti terrorizmlə mübarizə məqsədilə milli əlaqələndirici vəzifəsi təsis edəcək
14:13 23 Fevral 2015
67 Dünya
Ölkə mətbuatı
A- A+


Kanberra, 23 fevral, AzərTAc
Avstraliyada terrorizmlə mübarizə məqsədilə milli əlaqələndirici vəzifəsi təsis olunacaq. Bu barədə fevralın 23-də Avstraliyanın Baş naziri Toni Abbott bəyanat verib.
Baş nazir bildirib ki, Avstraliya terror təhlükəsinin güclənməsinin davamlı xarakter aldığı dövrə qədəm qoyub. Ölkədə terror təhlükəsi artmaqdadır.
T.Abbott qeyd edib ki, 110 avstraliyalı Suriyada və İraqda terrorçulara qoşulub, onlardan 30-u isə artıq Avstraliyaya qayıdıb. Baş nazir deyib ki, radikal qüvvələr xarici təsirlərə daha tez məruz qalan minlərlə gənci asanlıqla ələ keçirə bilərlər. Hazırda ölkənin təhlükəsizlik və kəşfiyyat orqanları tərəfindən terror təhlükəsi ilə əlaqədar 400-dən çox təhqiqat işi aparılır.
T.Abbott ekstremizmin qarşısını almaq üçün görüləcək tədbirlərdən biri kimi miqrasiya qanunvericiliyinin ciddiləşdirilməsini təklif edib: “Hökumət vizaların və vətəndaşlıq hüququnun verilməsi ilə əlaqədar mövcud qaydalara yenidən baxmalıdır”.
Baş nazirin sözlərinə görə, terrorizmlə əlaqədə şübhəli bilinənlər vətəndaşlıqdan məhrum ediləcəklər.
Vüqar Ağayev
AzərTAc-ın xüsusi müxbiri
Kanberra

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avstraliya_hokumeti_terrorizmle_mubarize_meqsedile_milli_elaqelendirici_vezifesi_tesis_edecek-834173

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR