Azərbaycanlılar Vyananın ortasında çadır qurdular - FOTO

Azərbaycanlılar Vyananın ortasında çadır qurdular - FOTO
14:17 23 Fevral 2015
82 Digər
Ölkə mətbuatı
A- A+

Vyanada Xocalıya ədalət tələb olunub. İslam Konfransı Gənclər Forumu (İKGF) Avrasiya Regional Merkezindən Trend-ə verilən məlumata görə, Avstriyada fəaliyyət göstərən “Azərbaycan Akademik Birliyi” fevralın 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib.


"Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində baş tutan aksiyada təşkilatın üzvləri, bu ölkədə yaşayan soydaşlarımız və türk diasporunun nümayəndələri iştirak ediblər.

Vyananın mərkəzi Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Ermənistanın Azərbaycana qarşı işğalı barədə gerçəklikləri əks etdirən müxtəlif dillərdə kitablar, broşürlər və digər informasiya materialları nümayiş etdirilib. Tələbə cəmiyyətinin üzvləri üzərində “Xocalıya ədalət” yazılmış böyük ölçülü şüarla meydandan keçən insanların diqqətini aksiyaya yönəldib, maraq göstərən insanları, Ermənistanın işğalçı siyasətinin agır humanitar nəticələri, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, “Xocalıya Ədalət” kampaniyasının məram və məqsədləri haqqında daha ətraflı məlumtalandırıblar. Meydanda quraşdırılmış ekranlarda Xocalı soyqırımı haqqında video və fotomateriallar, o cümlədən, sənədli filmlər nümayiş olunub.

Sonra tədbir iştirakçıları Vyana şəhərinin mərkəzi küçələri ilə Ştefan meydanından Avstriya parlamentinin önünə qədər yürüş edib, eləcə də şəhərin mərkəzi küçələri, Prezident Administrasiyası, Nazirlər Kabineti, bir sıra nazirliklər və mühüm dövlət strukturları yerləşən məkanlarda Xocalı faciəsi haqqında informasiya vərəqələrini Vyana sakinlərə paylayılar.

Tədbir Avstriya parlamentinin önündə yekunlaşıb. “Xocalıya ədalət” Kampanyasının bu il elan etdiyi “Yalanla mübarizə üçün alov yandır” (Light a Fire to Fight the Liar) devizi altında aksiya iştirakçıları, erməni yalanları ilə mübarizəyə çagıran və beynəlxalq ictimayyətə yönəlmiş petisiyanı yayıb, Xocalı soyqırımı qurbanlarının ruhunun xatirəsinə ehtiram əlaməti olaraq parlamentin önündəki meydanda şam düzüblər.

Qeyd edək ki, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü 2009-cu ildən keçirilir və hal-hazırda 50-dən artıq ölkədə mütəmadi əsasda fəaliyyət göstərməkdədir. Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-mənəvi və hüquqi qiymətin verilməsi məqsədini daşıyan Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/326153.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR