Ermənistan Sərhəd Xidmətinin hərbi qulluqçusu Gümrüdə itkin düşüb

14:17 23 Fevral 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Fevral 2015 14:14 ]


Bakı. Məlahət Nəcəfova - APA. Gümrüdə Ermənistan Sərhəd Xidmətinin müqaviləli hərbi qulluqçusu, 26 yaşlı Artur Afyan itkin düşüb.

 

APA-nın məlumatına görə, fevralın 21-dən həmin şəxs barədə məlumat yoxdur.

 

Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı Sərhəd İdarəsi də əməkdaşının itməsi xəbərini təsdiqləyib və Ermənistan Polisi ilə birlikdə axtar işlərini dava etdirəcəklərini bəyan edib.

 

Xatırladaq ki, Artur Afyan istirahət günlərindən sonra xidmətə çıxmayıb. Həyat yoldaşının sözlərinə görə, hərbi qulluqçu ona zəng edərək vidalaşıb və qayıtmayacağını bildirib.

 

Bəzi məlumatlara görə, ailənin böyük məbləğdə borcu olub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/373759

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR